Uzun illər müstəntiq və böyük müstəntiq vəzifələrində çox sayılı bağlı qalmış, ağır və xüsusilə ağır cinayətlərin istintaqını apararaq, bu sahədə zəngin təcrübə qazanmışam və nəticədə bu təcrübəm ittihamın necə qurulduğunu, işin xırda detallarını görməyə imkan verdi. İndi isə həmin bilik və təcrübəni müdafiə tərəfində istifadə edirəm. Fəaliyyətimin əsas sahəsi cinayət hüququdur. Uzun illər istintaq orqanlarında fəaliyyət göstərməyimə nəzərən əsas sahəm cinayət hüququdur.
Belə ki, bütün kateqoriya üzrə cinayət işlərində, xüsusən də ağır və xüsusilə ağır cinayətləri törətməkdə ittiham edilən şəxslərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı hüquqlarınının müdafiəsi ilə məşğul oluram. Bununla yanaşı şirkətlərə korporativ xidmət, inzibati sahəlır üzrə də hüquqi dəstək verirəm.
“Qanun qarşısında hər kəs bərabərdir və ədalət gec də olsa hökmünü verir.”
İstintaq mərhələsinin ilk dəqiqələrindən etibarən müdafiəyə qoşuluram. Dindirmələrdə iştirak edir, prosessual hüquqların pozulmadığını izləyir və şəxsin hüquqi vəziyyətini sabitləşdirmək üçün zəruri addımları atıram.
İlk 30 dəqiqəlik ön görüş ödənişsizdir. Bu görüşdə işin vəziyyətini anlamaq və mümkün yol xəritəsini paylaşmaq məqsədi daşıyır.
Haqq; işin növü, mürəkkəbliyi və təxmini müddəti əsas götürülərək müqavilədən əvvəl yazılı şəkildə təqdim edilir.
Sənədlərin hüquqi təhlili, müqavilələrin hazırlanması, risklərin qiymətləndirilməsi və şirkət daxili hüquqi prosedurların qurulması üzrə davamlı və ya iş əsaslı dəstək təqdim edirəm.
Hər müştəri üçün xüsusi ünsiyyət kanalı açılır. Bütün vacib məqamlarda həm yazılı, həm şifahi məlumatlandırma aparılır.
Nərimanov ray., Ak. Həsən Əliyev küç. 82F, Bakı
B.e – Cümə · 09.00 – 18.00