AZ RU EN

Təcrübəli Vəkillər,
Etibarlı Nəticələr

Mesajınızı yazın
Rəhim Həsənzadə
01 — Haqqımda

İşə hər iki istiqamətdən yanaşa bilən az sayda vəkildən biri.

Rəhim Həsənzadə

Uzun illər müstəntiq və böyük müstəntiq vəzifələrində çox sayılı bağlı qalmış, ağır və xüsusilə ağır cinayətlərin istintaqını apararaq, bu sahədə zəngin təcrübə qazanmışam və nəticədə bu təcrübəm ittihamın necə qurulduğunu, işin xırda detallarını görməyə imkan verdi. İndi isə həmin bilik və təcrübəni müdafiə tərəfində istifadə edirəm. Fəaliyyətimin əsas sahəsi cinayət hüququdur. Uzun illər istintaq orqanlarında fəaliyyət göstərməyimə nəzərən əsas sahəm cinayət hüququdur.

Belə ki, bütün kateqoriya üzrə cinayət işlərində, xüsusən də ağır və xüsusilə ağır cinayətləri törətməkdə ittiham edilən şəxslərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı hüquqlarınının müdafiəsi ilə məşğul oluram. Bununla yanaşı şirkətlərə korporativ xidmət, inzibati sahəlır üzrə də hüquqi dəstək verirəm.

Rəhim Həsənzadə
Vəkil · Bakı Vəkillər Kollegiyası
Görüş təyin et
02 — Xidmətlərim

Üç sahədə, dərin təcrübə.

/ 01
Cinayət hüququ
Ağır və xüsusi ağır cinayət işləri. İbtidai istintaq və məhkəmə mərhələsində şəxsi hüquqların qorunması və müdafiə.
/ 02
Korporativ hüquq
Şirkətlərə tam hüquqi dəstək: sənədlərin hüquqi təhlili, müqavilələrin hazırlanması və redaktəsi, korporativ idarəetmə, təsis sənədləri və biznes risklərinin qiymətləndirilməsi üzrə məsləhət.
/ 03
İnzibati hüquq
Dövlət orqanları ilə mübahisələrdə təmsilçilik, inzibati aktlar və cərimələrə qarşı müdafiə, lisenziya və icazə prosedurları, hüquqların qorunması və hüquqi məsləhət.
03 — İş prosesi

İlk görüşdən qərara, aydın bir yol xəritəsi.

01
Görüş
Vəziyyətinizi dinləyir, seçimləri məxfilik içində aydınlaşdırırıq.
02
Qiymətləndirmə
Sənədləri təhlil edir, güclü və zəif tərəfləri açıq paylaşırıq.
03
Strategiya
Sizə özəl plan, təxmini müddət və şəffaf xərc.
04
Nəticə
Daimi məlumatlandırma ilə birlikdə yekun nəticəyə çatırıq.

“Qanun qarşısında hər kəs bərabərdir və ədalət gec də olsa hökmünü verir.”

04 — Tez-tez verilən suallar

Maraqlandıran bir neçə sual.

Həbsdə olan şəxs üçün necə kömək edə bilərsiniz?

İstintaq mərhələsinin ilk dəqiqələrindən etibarən müdafiəyə qoşuluram. Dindirmələrdə iştirak edir, prosessual hüquqların pozulmadığını izləyir və şəxsin hüquqi vəziyyətini sabitləşdirmək üçün zəruri addımları atıram.

İlk görüş ödənişlidirmi?

İlk 30 dəqiqəlik ön görüş ödənişsizdir. Bu görüşdə işin vəziyyətini anlamaq və mümkün yol xəritəsini paylaşmaq məqsədi daşıyır.

Vəkil haqqı necə müəyyən olunur?

Haqq; işin növü, mürəkkəbliyi və təxmini müddəti əsas götürülərək müqavilədən əvvəl yazılı şəkildə təqdim edilir.

Şirkətlərə hansı korporativ xidmətləri göstərirsiniz?

Sənədlərin hüquqi təhlili, müqavilələrin hazırlanması, risklərin qiymətləndirilməsi və şirkət daxili hüquqi prosedurların qurulması üzrə davamlı və ya iş əsaslı dəstək təqdim edirəm.

İşimin gedişatını necə izləyəcəyəm?

Hər müştəri üçün xüsusi ünsiyyət kanalı açılır. Bütün vacib məqamlarda həm yazılı, həm şifahi məlumatlandırma aparılır.

05 — Əlaqə

İşinizi danışaq.

Ofis

Nərimanov ray., Ak. Həsən Əliyev küç. 82F, Bakı

Telefon

+994 55 202 22 10

E-poçt

info@siseron.az

İş saatları

B.e – Cümə · 09.00 – 18.00